GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ABŞ-ı F-35-lərlə bağlı hədələdi. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər ABŞ F-35 qırıcılarını verməkdən imtina edərsə, Ankara başqa ölkələrin təyyarələrini alacaq.
“F-35 təyyarələri göndərilməzsə, Türkiyə oxşar təyyarələri başqa ölkələrdən alacaq. Bu, özümüz 5-ci nəsil təyyarə istehsal edənə kimi davam edəcək”, – Çavuşoğlu bildirib.
Qeyd edək ki, F-35-lərlə rəqabətə girə bilən ən müasir qırıcılar Rusiyanın Su-57-si hesab edilir. Türkiyənin F-35-lərin verilməyəcəyi halda Su-57-lər ala biləcəyi bir müddətdir gündəmdədir.