Çərşənbə , Aprel 24 2024
azfa

Türkiyədən ermənilərin soyqırımı yalanları ilə bağlı açıqlama

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın soyqırım yalanlarıyla Türkiyəyə zərər verəcəyini sananların yenə yanılacağını vurğuladı.

İ.Kalın onu da söylədi ki, 2009-cu ildə imzalanan protokollar həyata keçərsə, Qarabağ probleminin həlli, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, siyasi və iqtisadi normallaşma üçün atılan tarixi addım olar

 “Erməni soyqırım” iddiaları ilə əlaqədar verdiyi açıqlamada İbrahim Kalın bildirib:

“Birinci Dünya Müharibəsinin dağıdıcı və gərgin şəraitində verilən 24 aprel 1915-ci il tarixli deportasiya və köçürülmə qərarı heç də özlərini “millet-i sadıka” (sədaqətli millət) adlandıran ermənilərin aradan qaldırılması siyasətinin məhsulu deyil. “Soyqırım lobbisi” və Türkiyə əleyhdarı olan siyasi dairələr tarixi həqiqətləri təhrif edərək yeni düşmənlik və ədavət toxumları əkir. Türkiyə respublikasının bütün fərdləri bu istismarçı, yalan və böhtan kampaniyalarını əsla qəbul etmir. Tarixi faktlardan qaçan və siyasi hesab güdənlər prezident Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq tarix komissiyası qurmaq çağırışına hələ də cavab verməkdən qaçır.

2009-cu ildə imzalanan protokollar həyata keçərsə, Qarabağ probleminin həlli, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, siyasi və iqtisadi normallaşma üçün atılan tarixi addım olar. Amma verilən qərarlar Ermənistan və “soyqırım lobbisi”nin təzyiqi ilə yerinə yetirilmir, cavabsız qalır.

Prezident Ərdoğan 23 aprel 2014-cü il tarixində yaydığı “1915 mesajı” bir əsr boyu davam edən münaqişəyə sülh əli uzatdı, məqsəd Osmanlı və Anadolu xalqlarının ortaq iztirablarını aradan qaldırmaq idi, lakin bu addım belə istismarçı lobbilərin işinə gəlmədi.

  Soyqırım yalanları və siyasi hesabları ilə Türkiyəyə zərər verəcəyini zənn edənlər yenə yanılacaq. Türkiyə respublikası tarixi həqiqətlərin təhrif edilməsi və yeni düşmənliklər çıxarılmasına heç vaxt imkan verməyəcək. Törətmədiyi cinayətə görə Türk xalqını məhkum etməyə çalışan və qərarlar verən ölkələr əvvəlcə öz qaranlıq tarixlərinə baxsınlar.”

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın