Çərşənbə , Avqust 26 2026
azfa

Türkiyənin “Kaan” qırıcısının F-35-dən üstün olacağı bildirilir

GADTB: “Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil edir”. Bu barədə TAI (“Turkish Aerospace Industries”) şirkətinin baş direktoru Temel Kotil jurnalistlərə bildirib.

“Biz layihəyə böyük məbləğdə vəsait sərf etmişik. Hazırda “Kaan”a qoyulan sərmayə 2 milyard dollar təşkil edir”, – şirkət rəhbəri qeyd edib.

O, həmçinin qeyd edib ki, türk qırıcısı öz xüsusiyyətlərinə görə F-35-dən üstündür: “F-35 6 tona qədər sursat daşıya bilirsə, “Kaan” 10 tona qədər sursat daşıya bilir və daha səmərəli mühərrikə malikdir”, – Kotil bildirib.

Kotil bir təyyarənin qiymətini açıqlamasa da, bir ədəd F-35-in qiymətinin 130 milyon dollar olduğunu xatırladıb.

O bildirib ki, 2028-ci ildə şirkət Türkiyə Hərbi Hava Qüvvələrinə 20 “Kaan” təhvil verməyi planlaşdırır.

“Üstəlik, bu təyyarə üçün mühərrik və ejektor oturacağından başqa hər şey Türkiyə hərbi-sənaye kompleksi tərəfindən istehsal olunur. 2028-2029-cu illərdə isə TAI öz mühərriklərinə keçməyi planlıaşdırır”.

Qeyd edək ki, “Kaan” qırıcısı TAİ tərəfindən 2010-cu ilin dekabr ayından Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Eksperimental qırıcının ilk buraxılışı isə 2023-cü ilin əvvəlində baş tutub. Fevralın 21-də qırıcı Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı aviabazasından havaya qalxıb və sınaq uçuşundan sonra ora qayıdıb. Müxtəlif mənbələrə görə, o, 13 dəqiqə havada olub, 420 km/saatdan çox sürət yığıb və 2,4 min m hündürlüyə qalxıb.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …