Bazar ertəsi , Avqust 24 2026
azfa

Türkiyənin Rusiyada aldığı S-400-lər yararsız qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkiyəli köşə yazarı Hüsnü Mahallı deyib ki, güney sərhədimizdəki Suriyanın hava məkanını ruslar idarə edirlər. Yəni buradan gələcək riskə S-400-lə qarşılıq vermək gülüncdür.

 “Fərat çayının şərqində ABŞ YPG-yə dəstək verir. Oradan da risk gələ bilər. Ancaq ABŞ NATO üzvü və Türkiyənin müttəfiqidir. Türkiyədə 10 bazası olan ABŞ-ın yaradacağı riskdən də danışmaq gülüncdür. Türkiy NATO üzvüdür, Suriyanı Rusiya idarə edir, İran ilə dostsan. Böyük ziddiyət var. Düşmən kimdir və bu S-400-ləri kimə qarşı istifadə edəcəksən?

S-400-lərin bu gün aktiv edilməsinə qərar verilsə belə, onun istənilən səviyyəyə çatdırılması üçün 3-5 ay lazım olacaq. Rusiyadan gətirilən sistemlərin indiyə qədər sandıqları belə açılmayıb”, – deyə o bildirib.

O, Türkiyənin hansısa başqa ölkəyə S-400-ləri satacağı ilə bağlı iddiaların real olmadığını söyləyib:

“Türkiyədən əsgərlər Rusiyaya gedərək, özəl təlim keçiblər. Bunun üçün özəl proqramlar hazırlandı və onlar Türkiyəyə verildi. Dolayısı ilə Türkiyə özünə görə hazırlanan proqramı başqa ölkəyə verə bilməz. Yəni S-400-lər ya istifadə edilməyəcək, ya da hansısa bir formul tapılıb ruslara qaytarılacaq. Beynəlxalq razılaşmalarda “Al malını, ver pulumu” deyilən bir anlayış yoxdur, ancaq tərəflər arasında dostluq içində hansısa formul yaradıla bilər”.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Bir cavab yazın