Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyənin “Turkovac” vaksini Çinin “Coronavac” vaksinindən 49 faiz daha qoruyucudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanan Türkiyənin “Turkovac” peyvəndinin Çin peyvəndi “Coronavac” ilə müqayisədə olduğu müəyyən edilib.

Yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanan yerli “Turkovac” peyvəndinin Çin peyvəndi “Coronavac” ilə müqayisədə 49 faiz daha qoruyucu olduğu müəyyən edilib.

“Turkovac” peyvəndinin üçüncü mərhələ tədqiqat nəticələri açıqlanıb.

Buna görə, üçüncü mərhələ tədqiqatlarda könüllülərin yarısı “Turkovac” qrupuna və yarısı “Coronavac” qrupuna daxil edilib. Könüllülərə 28 gün fasilə ilə 2 doza peyvənd vurulub.

Tədqiqat çərçivəsində 1286 nəfərə ən azı bir doza tədqiqat peyvəndi, 1158 nəfərə isə ikinci doza peyvənd vurulub.

Ümumilikdə “Turkovac” və “Coronavac” ilə birlikdə 2444 doza vaksin vurulub.

Effektivlik təhlili 1182 könüllü üzərində aparılıb.

Araşdırmada yerli vaksin “Turkovac”ın “Coronavac”dan 49 faiz daha qoruyucu olduğu müəyyən edilib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …