Cümə , Oktyabr 2 2026
azfa

Türkiyəyə qarşı minlərlə terrorçu hazırlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı PKK tərəfindən Türkiyəyə qarşı məkrli planın hazırlandığını bildirib.

H.Kazancının dediklərinə görə, Sincarda olan 2500 PKK terrorçusuna təlim keçiriləcək və təlim dərsləri əsnasında pilotsuz uçuş aparatları sistemindəki məlumatlar da onlara öyrədiləcək.

“Əvvəlcə Sincardakı 2500 PKK terrorçusuna bir sıra təlimlər keçiriləcək, sonra isə müasir mərmilər və PUA sistemləri ilə texnologiya müharibəsi bilgisi alacaqlar. ABŞ-ın 2015-ci ildən bəri təkbaşına həyata keçirdiyi yeni dizayn işi hərbi olaraq NATO-ya ötürülür. İraq və Suriya üçün isə yeni bir dövr başlayır”, – Kazancı qeyd edib.

Digər tərəfdən, NATO Baş katibi Yens Stoltenberq İraqdakı əsgər sayını artıraraq 500-dən 4 minə çatdıracaqlarını açıqlayıb. Stoltenberqin verdiyi açıqlamada İraq ordusu ilə birlikdə “məhəlli və ya lokal” qüvvələrin hazırlanmasına və təchiz edilməsinə işarə edilib. H.Kazancı NATO-nun heyət artırma qərarının yaxın gələcəkdə başlayacaq yeni proqram olduğunu bildirib.

Həmçinin yoxlayın

Molla rejimi bəluçları qətliam etmək üçün yetişdirdiyi yüzlərlə Fatimiyyun terror dəstəsini Bəluçistana yerləşdirib

GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində …

İraq İranın dəstəklədiyi terrorçu qrupların tərksilahı üçün yeni son tarix müəyyənləşdirib

GADTB: İraqın baş naziri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın bu ölkədəki missiyasının başa çatmasından bir …