Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Türkiyә Silahlı Qüvvәlәri tәhlükәli terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Kәşfiyyat İdarәsi ilә Türkiyә Silahlı Qüvvәlәrinin İraqın şimalındakı Kandil bölgәsindә hәyata keçirdiyi әmәliyyat nәticәsindә terror tәşkilatı PKK/KCK-nın dırnaqarası gömrük mәsәlәlәri üzrә quldurbaşı Ömәr Aydın zәrәrsizlәşdirilib.

Әldә olunan mәlumata görә, terrorçu 1999-cu ildәn etibarәn terror tәşkilatının sıralarında fәaliyyәt göstәrir.

Qeyd edәk ki, ‘‘Renas Aydın’’ lәqәbli terrorçu Ömәr Aydın Milli Kәşfiyyat İdarәsi ilә Türkiyә Silahlı Qüvvәlәrinin  2021-ci ilin 2 fevral tarixindә keçirdiyi әmәliyyat zamanı zәrәrsizlәşdirilib.

Ömәr Aydın adlı terrorçunun terror tәşkilatının әn çox etibar etdiyi terrorçular sıyahısında olduğu bildirilib.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …