GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfqanıstanın şimalındakı Pəncşir vilayətində Talibana qarşı müqavimət dəstələri formalaşdırılır.
Bu məlumatı TASS agentliyi öz mənbələrinə istinadən yayıb.
Mənbə müqavimət dəstəsinin üzvlərinin sayının bir neçə min nəfər təşkil etdiyini bildirib. Taliban əleyhdarlarının xüsusilə, yerli özbəklər və xəzərlərdən (həzarə) təşkil edildiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Pəncşir vilayətində Əhməd Məsudun rəhbərliyi ilə Talibana qarşı müqavimətin hazırlanmasıyla bağlı məlumat yayılmışdı.