Bazar ertəsi , Yanvar 17 2022
azfa

Türkmən jurnalist Anaməhəmməd Bayatın dosyesi məhkəməyə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkmən jurnalist Anaməhəmməd Bayat İran rejiminin təhlükəsizlik orqanları tərəfindən çağırılıb, dindirilərək ona qarşı Günbəd İnqilab və Ümumi Prokurorluğunun 5-ci şöbəsinin müstəntiqi tərəfindən ittiham irəli sürüləndən sonra vəsiqə qarşılığında zaminə buraxılıb.

Bundan sonra isə fəalın dosyesi Ədliyyənin 2 nömrəli məhkəməsinə göndərilib. Lakin həmin şöbə işə baxmağa səlahiyyətinin olmadığı bildirərək dosyeni İnqilab məhkəməsinə göndərib.

Türkmən fəalın vəkili bildirib ki, fəal ölkə təhlükəsizliyinə qarşı qəsddə ittiham edilib.

Qeyd edək ki, Anaməhəmməd Bayat türkmənlərin tanınmış jurnalistidi və ictimai-siyasi, eləcə də mədəni məsələlər sahəsində fəaliyyət göstərir.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …