Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna 9 min rus hərbçisini məhv edib, rus təyyarələrini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bir həftə ərzində Rusiya ordusunun şəxsi heyəti arasında itkilər təxminən 9 min nəfər təşkil edir. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 “Ukrayna ordusu düşməni əzmək üçün hər şeyi edir. Demək olar ki, bir həftə ərzində 9 min rus hərbçisi öldürülüb. Nikolayev vilayətində ruslara öz ölü və yaralılarını daşımaq üçün onlarla helikopter lazımdır. 19-20 yaşları var idi. Onlar başqa ölkəyə müdaxilədən başqa həyatda nə gördülər?. Bütün ordunuzla birlikdə rədd olun evinizə! Komandirlərinizə deyin ki, siz yaşamaq istəyirsiniz, ölmək yox”, – Zelenski bildirib.

Həmçinin dünən Rusiyanın 3 təyyarəsi və 2 helikopteri vuruldu.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna hərbçilərinin sutka ərzində Rusiyanın 3 təyyarəsi və 2 helikopterini məhv etdiyini bildirirlər.

 “Martın 2-də Su-24M və Su-25 döyüş təyyarələrinin ekipajları Ukrayna Quru Qoşunlarının bölmələrinə havadan dəstək göstərərək, Kiyev, Sum, Çerniqov və Xarkov vilayətlərində rusların hərbi texnika karvanlarını və canlı qüvvəsini məhv ediblər”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …