GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna hərbçiləri Nikolayev hərbi aerodromuna nəzarəti bərpa ediblər. Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.
O qeyd edib ki, hazırda döyüş şəhərin kənarında gedir.
Ukrayna ordusu həmçinin Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını vurub.
Həmçinin qeyd olunub ki, Rusiya Çerniqov vilayətində texnika karvanını və Volnovaxa yaxınlığında bir təyyarəni itirib.
Ruslar eyni zamanda Polesk, Tavriya, Slobojansk, Seversk və Birləşmiş Qüvvələrin Əməliyyat Zonasında böyük itkilər verirlər. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Feysbuk səhifəsində yazıb.
“Ukrayna milli mqqavimətinin 9-cu günü. Ukrayna hərbçiləri və ərazi müdafiə qüvvələri bu günə qədər taktiki təşəbbüsü ələ keçiriblər, lakin düşmən Kiyev, Xarkov şəhərlərini mühasirəyə almaq və Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq planlarından əl çəkmir”, – Danilov bildirib.
Bu gün Ukrayna hərbçiləri daha bir Rusiya təyyarəsini vurub. Ümumilikdə düşmənin 37 təyyarəsi və 37 helikopteri vurulub.