Şənbə , May 18 2024
azfa

Ukrayna Rusiyanın 14 min hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynada Rusiyanın 14 min hərbçisi məhv edildi.

Bu barәdә  barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan başqa, Rusiyanın  444 ədəd tankı, 1435 ədəd zirehli döyüş maşını, 201 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 86 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 864 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni vә 11 ədəd PUA-sı  məhv edilib.

Rusiya Müdafiə Nazirliyi isə, Ukraynada son 24 saat ərzində 46 hərbi infrastruktur obyektinin məhv edildiyini açıqlayıb.

Nazirliyin sözçüsü İqor Konaşenkov paytaxt Moskvada verdiyi açıqlamada Rusiya ordusunun və Donbasdakı qondarma separatçı administrasiyaların Ukraynada irəliləyişini davam etdirdiyini və yaşayış məntəqələrini nəzarətə götürdüyünü bildirib.

Rusiya ordusunun Ukraynadakı hərbi infrastruktur obyektlərinə hücumlarını davam etdirdiyini ifadə edən Konaşenkov dünən Ukraynanın Rovno vilayətinin Sarnı şəhərindəki sursatların raketlərlə vurulduğunu bildirib.

Konaşenkov deyib:

“Ukraynada son 24 saat ərzində 46 hərbi infrastruktur obyekti məhv edilib. Ümumilikdə 181 təyyarə və helikopter, 172 pilotsuz uçuş aparatı (PUA), 170 reaktiv yaylım atəşi sistemi, 1379 tank və müxtəlif zirehli texnika, 133 zenit raketi sistemləri, Ukrayna ordusuna məxsus 514 haubitsa, haubitsa və 1168 şəxsi hərbi texnika məhv edilib”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …