Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna Rusiyanın 14700 hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna indiyədək Rusiyanın 14700 hərbçisini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da paylaşım edib.

Qeyd edilib ki, fevralın 24-dən martın 20-dək Rusiyanın 96 təyyarəsi, 118 vertolyotu, 476 tankı, 230 artilleriya sistemi, 1 487 zirehli döyüş maşını, 44 hava hücumundan müdafiə qurğusu, 947 avtomobil texnikası, 3 kateri, 60 sisterni, 21 dronu, 12 xüsusi texnikası məhv edilib.

Ukrayna Baş Qərargahı Rusiya tərəfinin 14,7 min canlı qüvvəsini itirdiyini bildirib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …