Cümə , Aprel 26 2024
azfa

Ukrayna Rusiyanın nəzarəti altında olan MDB-dən çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşmağa hazırlaşır.

Ukrayna prezidenti Pyotr Poroşenko hökumətə tapşırıb ki, ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq təkliflər hazırlasın.

“Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq. MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, – deyə P. Poroşenko Kiyev təhlükəsizik forumunda çıxışında bildirib.

Poroşenko yaxın vaxtlarda Rusiya ilə 1997-ci ildə imzalanmış Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin bəzi müddəalarının birtərəfli qaydada ləğvi barədə Ali Radaya qanun layihəsi təqdim edəcəyini də açıqlayıb. Eyni zamanda, o qeyd edib ki, müqaviləni tam ləğv etmək olmaz, çünki orada Ukraynanın xeyrinə müddəalar var. Söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi barədə müddəalardan gedir.

Qeyd edək ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib. Rusiyanın nəzarəti altında olan bu quruma türk respublikaları da daxildir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın