Cümə , Avqust 19 2022
azfa

Ukrayna rusların 18 batalyonunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son üç həftə ərzində ukraynalı müdafiəçilər rus işğalçılarının iki batalyon-taktiki qrupunu məhv ediblər. Bu məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb.

“Avqustun 6-na olan məlumata görə, Rusiya işğalçı qüvvələrinin tərkibindəki 18 batalyon-taktiki dəstə məhv edilib”, – məlumatda bildirilib.

Pentaqon Rusiyanın Ukrayna ərazisinə 106 operativ batalyon-taktiki qrupu yerləşdirdiyini açıqlamışdı.

Bu arada is\ Ukrayna müharibənin 164-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya indiyə qədər 41 900 hərbçi, 1 802 ədəd tank, 4051 ədəd zirehli döyüş maşını, 955 ədəd artilleriya sistemi, 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 127 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 970 ədəd avtomobil texnikası, 744 ədəd PUA, 182 qanadlı raket, 15 gəmi/qayıq, 85 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …