Bazar ertəsi , Noyabr 16 2026
azfa

Ukrayna Türkiyədən KAAN qırıcısı alacağını planlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar bildirib ki, Ukrayna Türkiyənin milli döyüş təyyarəsi KAAN almaq istəyir. “Biz onu təkcə almayacağıq, həm də istifadə edəcəyik. Harada istifadə edəcəyimizi də bilirik”, – Bodnar bildirib.

Turkustan.az xəbər verir ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Kiyev CNN TÜRK-ə eksklüziv müsahibəsində Rusiya ilə müharibədəki son vəziyyəti dəyərləndirib və milli döyüş təyyarəsi KAAN ilə bağlı diqqətçəkən açıqlamalar verib. Bodnar: “Sizcə, Ukrayna gələcəkdə Kaanı alacaq?” sualına isə “Təkcə almayacağıq, istifadə edəcəyik. Harada istifadə edəcəyimizi də bilirik” cavabını verib.

“Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesi, pilotsuz təyyarələr, mühərriklər və daha çox sahədə getdikcə dərinləşən əməkdaşlıq var. Bu Qara dəniz ortaqlığının qeyd etdiyiniz yeni strategiyanızda yeri olacaqmı? sualına isə Bodnar, Bu, əməkdaşlığımızın çox əhəmiyyətli bir ölçüsüdür. Əslində bu, strateji tərəfdaşlığımızın lokomotividir və müharibədən əvvəl strateji sənaye dediyimiz sahələrdə çox sıx əməkdaşlığımız var idi. Bu səbəbdəndir. Türkiyədən çoxlu sayda Bayraktar TB2″. Ukrayna cəmiyyəti Ukrayna torpaqlarının müdafiəçisi kimi”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …