Cümə , Oktyabr 18 2024
azfa

UNESKO-da Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edildi

GADTB: UNESKO mənzil qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.

Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur və 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESKO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …