Cümə , Avqust 21 2026
azfa

Urmiya ərazisinin İraq kürdlərinə satılmasına etirazlar genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd valinin və manqurt məsulların yalançı və xalqı çaşdıran bəyanatlarına baxmayaraq əhalinin narazılığı və etiraz genişlənməkdədir.
Ziyalılar, fəallar və Azərbaycan təşkilatları eləcə də Urmiyanın azərbaycanlı millət vəkilləri ilə yanaşı Urmiyanın əsnaf və tacirləri də imza toplamaqla AZərbaycan ərazilərinin kürdlərə satılmasına öz etirazlArını bildiriblər.
Urmiyanın əsnaf və tacirləri şəhərin “Məscid Cami” ətrafında yerləşən tarixi ticarət ərazisinin irqalı bir kürdə satılmasına etiraz olaraq etiraz məktubu ünvanlanıb.
Onların yazdıqları məktubda bəzi yerli məsullar, o cümlədən Qərbi Azərbaycanın yerli olmayan kürd valisi Məhəmməd Mehdi Şəhriyari və Urmiyanın bələdiyyə başçısı Məhəmməd Həzrətpura geniş ərazini Məhəmməd Əmin Novruzi adlı PKK-çı kürdə verilməsinə kəskin etiraz bildiriblər. Məhəmməd Əmin Novruzi İraqın Ərbil şəhərindəndir, onun PKK terror təşkilatı tərəfdarı və radikal kürdlərdən olduğu bildirilir.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın