Urmiya gölü ətrafında yer səthinin çökməsi ciddi təhlükə yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün ətraf ərazilərində yer səthinin çökməsi səssiz bomba xarakter daşıyır.

Bu sözləri Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat Mərkəzinin rəisi, tanınmış ekoloq  Əhməd Bayburdi deyib.

Bayburdi Urmiya gölünün durumu və son vaxtlar göl ətrafında baş verən yer səthinin çökmələri ilə bağlı xəbərdarlıq edib. O, gölün ekoloji durumunu Güney Azərbaycan ekologiyası üçün səssiz bombaya oxşadıb. 

Baybordi deyib: “Qrunt sularının səviyyəsinin aşağı düşməsi və zamanla tükənməsi yarımdərin quyuların, su kəmərlərinin qurumasına, suyun keyfiyyətinin azalmasına və şoranlığının çoxalması ilə nəticələnəcək”.

Azərbaycanlı ekoloqun fikrincə Urmiya gölü hövzəsində su ehtiyatlarını planlaşdırmalı, strateji araşdırmalar aparmalı və düzgün idarə etmə üsulu tətbiq edilməlidir.

Bayburdi həmçinin deyib ki, bu günə kimi Urmiya gölü ilə bağlı olan problemlərin həll olunmaması əsasən məsulların yarıtmaz siyasəti, qeyri-peşəkar insanların bərpa işlərinə cəlb edilməsi və laqeyd yanaşmanın nəticəsidir.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə tökülən çayların qarşısını kəsmək və qeyri-standar layihələr həyata keçirməklə Urmiya gölünü qurudub. Etirazlardan sonra gölün bərpasına söz verən rejim hazırda isə öz sözünü tutmayıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Sidneydə 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  bu gün Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “İranda nələr baş verir, küçə etirazları nə zaman başlana bilər?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …