GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün quruması nəticəsində meydana gələn ekoloji fəlakətlə bağlı İran parlamentinin 50 üzvü prezident İbrahim Rəisiyə məktub yazıb
Bu barədə Urmiya şəhərinin parlamentdəki nümayəndəsi Səlman Zakir açıqlama verib.
Zakiri bildirib ki, məktubda Urmiya gölünün bərpası üçün Xəzər dənizi və Türkiyənin Van gölündən su nəqli layihəsinin təsdiq edilməsi istənilib.
Son məlumata görə, Urmiya gölünün 96%-i quruyub və hökumətin gölün bərpası ilə bağlı vəd verdiyi layihələr həyata keçirilməyib.