Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Urmiya gölündə gölün qurudulmasına etiraz olaraq aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçiriblər.

 Azərbaycanlı fəallar müxtəlif plakatlar və bannerlərlə gölün simvolik qorunması məqsədi ilə insan zənciri yaradıblar.

Urmiya gölünün qurumuş hissəsində keçirilən aksiyada həmçinin gölün qurudulması nəticəsində yaşanan ekoloji problemlə bağlı fəallar tərəfindən qəbul edilmiş bəyanat oxunub.

Aksiya iştirakçılarının bəyanatında yazılıb: “Burada bir həyat son nəfəslərini verməkdədir, burada bir həyat can çəkişməkdədir.

Daha doğrusu burada bir həyata, bir gölə, bir millətin taleinə, milyonlarca insanın gələcəyinə qəsd edilməkdədir.

Bu gün Azərbaycanımızın simgəsi olan bu gölün artıq son nəfəslərini verməsinin canlı şahidi olaraq bu ehtizar hikayəsinə son verilməsini elan etmək üçün burada toplaşmışıq.

Bu göl ehya olunmalıdır, bunun başqa hər hansı yolu yoxdur”.

Qeyd edək ki, azərbaycanlı fəallar insan zinciri yaratmaqla Urmiya gölünün qorunması zərurətinə diqqət yönəltmək istəyiblər.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …