Urmiya gölünün ərazisi getdikcə kiçilməyə davam edir; duz fırtınaları meydana gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün qurumasından yaranan ekoloji böhran və duz tozları bölgədə əsas təhdidlərdən biridir.

İranın “Mehr” ajansı xəbər verir ki, bu böhran səbəbindən bölgə əhalisi digər məntəqələrə köçməyə məcbur qalacaq.

“Mehr” qeyd edir ki, uzun illərdir Urmiya gölünün canlandırılması ilə bağlı istəklər elə istək olaraq qalıb və dünyanın 2-ci ən böyük duz gölü məhv olmaq üzrədir.

Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Qorunması Baş İdarəsinin müdir müavini Hüccət Cabbari “Metr”ə açıqlamasında bildirib ki, aprelin 10-da Urmu gölünün suyu dəniz səviyyəsindən 1270.77 metr səviyyədə olub. Bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 66 santimetr azalma olduğunu göstərir.

O, əlavə edib ki, gölün əhatə etdiyi sahədə də azalma müşahidə olunur. Hazırda göldə 3.11 milyard kubmetr su olduğu təxmin edilir. Bu isə ötən ilə nisbətən suyun həcmində 2.18 milyard kub metr azalma olduğundan xəbər verir.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …