Bazar , Noyabr 29 2026
azfa

CNN: Avropa Birliyi ölkələri Türkiyənin PUA-ları üçün növbəyə dayanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Pilotsuz Uçuş Aparatlarının müxtəlif müharibələrdə uğur qazanmasını görən Avropa Birliyi (AB) də Türkiyənin PUA-ları üçün növbəyə dayanıb. Bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, əvvəl Türkiyənin müdafiə sənayesini sərt tənqidlərlə hədəfə alan, hətta terror təşkilatına qarşı əməliyyatlarda satdıqları silahların istifadəsinə icazə verməyən ölkələr “Bayraqdar”a sahib olmaq istəyir.

Avropa Birliyinin Ankaraya silah sənayesində ortaqlıq təklif etməyə hazırlaşdığı və PUA istehsalında Türkiyənin üstün texnologiyasından yararlanmaq istədiyi iddia edilib.

Həmçinin yoxlayın

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …