Urmiyada azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə şuarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 27-də Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəalları Urmiya şəhərinin məhəllələrində divarlara şuarlar yazmaqla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Urmiya şəhərinin divarlarına yazılmış şuarlar “#Əkbər_Azad #Abbas_Lesani #Əlirza_Fərşi #Əli_Vaseqi #Ruzbeh_Piriyə azadlıq” şüarlarından ibarət olub.

Azərbaycanlı fəallar bu aksiyalarla azərbaycanlı siyasi məhbuslara dəstək olub, onlara azadlıq tələb ediblər.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …