Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Sayın Mikayil Oytanın 27 Sentyabr Anım Günü ilə bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta 27 Sentyabr Anım Günü ilə bağlı bildiriş yayıb.

Bildirişi olduği kimi təqdim edirik:

Avstraliya-Azərbaycan Asosiyasiyasının bildirişi

Azərbaycan Respublikası Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti ilə 30 il davam edən Azərbaycan ətrazilərinin işğalına son qoyuldu. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi ilə öz ərazi bütövlüyünü təmin etməklə yanaşı BMT-nin Təhlükəsizlik Şurasının 30 il icrası gecikən 4 qətnaməsini də icra etdi. Bu uğur və şanlı qələbə sözsüz ki, Azərbaycanın nüfuzunu dünya səviyyəsində daha da artırdı.

Erməni işğalçıları 30 illik işğal dövründə Azərbaycan ərazilərində dəhşətli vəhşilik törətməklə çox sayda Azərbaycan vətəndaşını şəhid etmişdir. Üstəlik müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan şanlı qələbə və Azərbaycan torpaqlarının azad edilməsi böyük fədakarlıq hesabına baş vermişdir. Vətən Müharibəsində çox sayda Azərbaycan əsgəri və hətta erməni vəhşiliyi nəticəsində cəbhədən çox-çox uzaqlarda, Gəncədə və s. şəhərlərdə mülki şəxslər şəhid edilmişdi. Vətən Müharibəsində şəhid olan soydaşlarımızın ruhu qarşısında baş əyib onlara rəhmət diləyirik və xəsarət alan soydaşlarımıza da acil şifa diləyirik. Bütün şəhidlərimizi böyük sayğı ilə anırıq.

İranın rejiminin qanunsuz olaraq Xankəndidə erməni işğalçılarına yardım daşımalarını, İranın Araz boyu Azərbaycan Respublikasının sərhədlərində hərbi təlim keçirməsi və bəzi İran rəsmilərinin Azərbaycana qarşı çıxışları və hədələrini kəskin şəkildə qınayırıq. Onlara xatırladırıq ki, Güney Azərbaycanda 35 milyon Azərbaycan türkü hər zaman Azərbaycanın əsgəri kimi fars rejiminin qarşısında dayanmağa hazırdır.

Bildirirk ki, biz xaricdə Azərbaycan diaspor təşkilatı olaraq, hər zaman Azerbaycan Respublikasının və Azərbaycan dövlətçiliyinin yanındayıq ve öz dövlətimizi qorumaqda əlimizdən gələni əsirgəməyəcəyik.

Mikail Oyta

Avstraliya-Azərbaycan Asosiyasiyası prezidenti

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …