Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Urmiyada azərbaycanlı şair Əli Nişani dünyasını dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı şair Əli Nişani yanvarın 3-də 96 yaşında vəfat edib.

Qeyd edək ki, Əli Nişani 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olmuşdu. O, 1933-cü ildə ailəsi ilə birgə Güney Azərbaycanın Urmiya şəhərinə mühacirət etmək məcburiyyətində qalmışdı.

O, gənc yaşlarında siyasi və mədəni fəaliyyətlərinə görə Tehran hökuməti tərəfindən Loristan və Yəzd əyalətlərinə sürgün edilmişdi.

Yeniyetmə yaşlarından ədəbi yaradıcılıqla məşğul olan şairin əsərləri 1945-46-cı illərdə Cənubi Azərbaycan Milli Hökumətinin media orqanlarından olan “Vətən yolunda” qəzeti və Şairlər Məclisinin almanaxlarında nəşr edilmişdi.

Əli Nişaninin “Bağban qızı”, “Gəl gedək bəndə” və s. şeirlərinə mahnılar da bəstələnib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …