Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi qaniçən Xameneinin Fransız nəşrində karikaturasına etiraz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi cinayətkar Xameneinin Fransız nəşrində karikaturasına etiraz edib.

Fransanın “Şarl Hebdo” jurnalı üz qabığında və jurnalın səhifələrində cinayətkar və qaniçən Xamenei ilə bağlı karikatura yerləşdirib. Molla rejiminin mahiyyətini karikatura dili ilə nümayiş etdirən bu iş isə molla rejimini qəzəbləndirib.

Əsas funksiyası terror, adam öldürmək, cinayət və hədə-qorxu olan molla rejimi həmin nəşri ciddi şəkildə hədələyib. Rejimin xarici işlər naziri bununla bağlı bəyanat səsləndirib.

Həmçinin İran Xarici İşlər Nazirliyi Fransa səfirini çağıraraq, etirazını bildirib və nota təqdim edib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …