GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Urmiyada etirazlar zamanı həbs edilən azərbaycanlı fəal Səba Paşazadə qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.
Güney Azərbaycanın Urmiya şəhərində keçirilən etiraz aksiyasında həbs edilən öyrənci fəalı Səba Paşazadədən heç bir məlumat verilmir və qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.
Səba Paşazadənin ailəsinin öyrənci fəalının sağlıq durumu və ittihamı ilə bağlı məhkəmə, təhlükəsizlik və zindan məsullarına müraciətləri cavabsız qalıb.
Molla rejiminin məmurlarının azərbaycanlı fəalın ailəsi ilə görüşü və telefon danışığına icazə verməməsi ailənin ciddi narahatlığına səbəb olub.