Urmiyada tanınmış azərbaycanlı fəal dr.Yusif Bidardil dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində tanınmış azərbaycanlı fəal, əyalətin Konq-Fu heyətinin rəisi dr.Yusif Bidardil dünyasını dəyişib.

Bidardilin koronovirus xəsrəliyinə yoluxduğu üçün Urmiyanın İmam Rza xəstəxanasında müalicə alarkən dünyasını dəyişdiyi bildirilir.

Mərhum azərbaycanlı fəal Urmiyada milli-mədəni məsələlərdə fəal idi. O, 2012-ci il Vərzuğan zəlzələsindən sonra zəlzələ baş verən bölgənin əhalisinə yardım kampaniyası başlatdığı üçün yaxalanmışdı.

Dr.Bidardil milli-mədəni fəaliyyətləri ilə bağlı dəfələrlə İran rejimi tərəfindən saxlanılıb, dindirilmiş və təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın