Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Urmiyanın kürd əsilli merinin terrorçu Naci Şərifi Zindəşti ilə pərdəarxası münasibətləri üzə çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın keçmiş bələdiyyə sədri Hüseyn Mehdizadə Urmiya bələdiyyəsinin binasından qaçaqmalçılıq məqasədilə istifadə edirmiş və burada terrorçu və qaçaqmalçı Naci Şərifi Zindəşti ilə tez-tez görüşlər keçirirmiş.

Atası kürd olan keçmiş bələdiyyə sədri “Sir Dağı” kanat yolu layihəsini Zindəştiyə təhvil verməyə çalışıb və bunun üçün Zindəştinin Ərbildəki tərəfdaşlarına daşınmaz əmlak almaq üçün lazımi icazələri verib. Bu müddət ərzində o, bələdiyyənin vəzifə və obyektlərini Zindəşti ətrafındakı insanlara və terror tərəfdarlarına təhvil verməyə və onların mövqelərini möhkəmləndirməyə çalışıb.

Həmçinin, onun və ailəsinin maliyyə imkanlarından və bələdiyyə obyektlərindən sui-istifadə etmələri, Urmiya bələdiyyəsinə məxsus “Santa Fe” markalı avtomobilin 2 ildən artıqdır ki, onun həyat yoldaşı və qızının ixtiyarında olması barədə məlumatlar var.

Qərbi Azərbaycandakı kürd terror qruplaşmalarının tərəfdarları ilə İrandakı anti-türk hərəkatı, xüsusən də, Cavad Zərifin qruplaşması arasında sıx əlaqə olduğunu nəzərə alsaq, Tehranın bəzi güc mərkəzlərinin artıq bu məsələyə müdaxilə etməsi mümkün görünür.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …