Cümə axşamı , Oktyabr 15 2026
azfa

Urmu gölünün qurumasında rol oynayan məhsul

GADTB: İranın Şərif Texnologiya Universitetinin  Məsud Təcrişi Urmu gölünün qurumasına səbəb olan layihə haqqında danışıb.

Təcrişi deyib: “Urmiyada şəkər çuğunduru becərilməsi qadağan edilməli idi, sonra gölün niyə quruduğunu soruşurlar.

 Bir vaxtlar şəkər çuğundurunun yalnız sizin fabrikinizin daxilində yetişdirilməsinə icazə verildiyi zaman siz bunu qadağan etmişdiniz.

Yuxarıdakı sənədlərdə də 12.000 hektar ərazi qeyd olunmuşdu, amma faktiki olaraq artıq 30.000 hektara çatmışdı.

Bu il Urmiyadan Şahinşəhrə, İsfahana və Məşhədə şəkər çuğundurunun göndərildiyi barədə məlumatlara baxdım.

Biz Ali İqtisadi Şura üçün iqtisadi təhlil apardıq. Məlum oldu ki, çuğunduru başqa şəhərlərə daşısaq, istehsal etdiyimiz şəkərə təxminən 20 milyon dollar valyuta xərcləyəcəyik. İstehsal etdiyimiz şəkərin dəyəri 18 isə milyon dollardır.

Ona sərf olunan suyu və gölün qurumasının nəticələrini hələ kənara qoysaq, əlinizdə olan 20 milyon pulu xərcləyib cəmi 18 milyon dollar əldə efirsiniz”./ Azad İran

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …