Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə “Qaçaq Nəbi” tamaşası türk dilində səhnələşdirilir- Video

GADTB: Təbrizdə “Qaçaq Nəbi” tamaşası türk dilində səhnələşdirilir. Aetıq üç aylıq intensiv məşqlərdən sonra və 100-dən çox sənətçinin iştirakı ilə 28 noyabrdan bəri “Qaçaq Nəbi” tamaşası Təbrizdəki 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksinin İqbal-Azər zalında səhnələşdirilir.

Tamaşa Şəhram Əhmədinin rejissorluğu ilə ərsəyə gəlib.

Tamaşa haqqında düşüncələrini bölüşən Şəhram Əhmədi tamaşanın Azərbaycanın tarixi və folklor hekayələrinə əsaslandığını bildirib.

“Bu hekayələr bizim mədəniyyətimizin bir hissəsidir.” – deyə o bildirib.

Rejissor tamaşanın 100 dəqiqə davam etdiyini bildirib.

Qeyd edək ki, tamaşanın səhnələşdirilməsi bir ay davam edəcək.

https://t.me/GADTB1/46758

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …