GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində keçirilən Urmiya-90 komandası ilə Bocnurdun Ətrək komandası arasındakı yarışda stadiondakı tamaşaçılar milli şüarlar səsləndiriblər:
Tərəfdarların səsləndirdiyi milli şüarlar aşağıdakılardan ibarət olub:
“Pişəvəri ruhun şad”
“Azərbaycan oyaqdı- Xoy şəhərinə dayaqdı”
“Təbriz, Zəngan, Ərdəbil- bu səs Urmudan gəlir”
“Azərbaycan var olsun- Milli Hokumət olsun”
“Urmu gölü can verir-İran onun qətlinə fərman verir”
Qeyd edək ki, İran rejiminin Azərbaycana qarşı düşmənçilik siyasəti, Güney Azərbaycanı müstəmləkə etməsi, kürd terrorizmi ilə Azərbaycana qarşı anlaşması Azərbaycan türklərinin ciddi etirazına səbəb olur və nəticə də onlar stadionlarda yuxarıda səsləndirilən milli şüarlarla İran rejiminə etiraz edirlər.