Çərşənbə , İyul 16 2025
azfa

ÜST Çinin koronavirusun mənşəi barədə həqiqəti gizlətdiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, COVID-19-un mənşəyini araşdırmaq üçün Uhanda olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin epidemiyanın necə və nə vaxt yayılmağa başladığını müəyyənləşdirməyə kömək edə biləcək ilk hadisələr haqqında əsas məlumatları vermədiyini bildirib.

“Wall Street Journal” qəzetinin hesabatına görə, ÜST nümayəndə heyətinin avstraliya və danimarkalı üzvləri Çin rəsmilərinin 2019-cu ilin dekabrında, epidemiyanın erkən mərhələsində aşkar edilmiş 174 koronavirus faktı barədə məlumatları bölüşmək istəklərini rədd etdiklərini söyləyib.

Heyətin avstraliyalı üzvü, mikrobioloq Dominik Duayer epidemiyanın Çində necə və nə vaxt yayılmağa başladığını təhlil etməyə imkan verəcək məlumatların paylaşılmadığını vurğulayaraq “Bizə bir neçə nümunə göstərdilər, amma bu hamısını deməklə eyni deyil. Bu məlumatların təfsiri bizim nəzərimizdə daha da məhdudlaşır”, deyə qeyd edib.

Duayer Çinin məlumatları paylaşmamasının ÜST nümayəndə heyəti ilə çinli həmkarları arasında sərt müzakirələrə səbəb olduğunu vurğulayıb.

ÜST heyətinin danimarkalı epidemioloqu isə bunları deyib: “Mən aliməm və məlumatlara etibar edirəm. Verilənlərə əsaslanan sənədli sübutlara inanıram, sadəcə birinin mənə söylədiklərinə yox”. O, Uhanda onlara verilən məlumatlarda uyğunsuzluq görmədiyini, ancaq bəzi məlumatları görmədən daha dərin analiz apara bilmədiyini əlavə edib.

Həmçinin yoxlayın

Yunis Mərami Təbrizdə həbs edilib

GADTB: Yunis Məraminin Təbrizdə ETTELAAT Nazirliyinə bağlı qüvvələr tərəfindən həbs edilməsindən təxminən bir həftə keçir …

Molla rejimin Azərbaycanın qərbində cinayətkar bandası Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanın qərb bölgəsində yetişdirdiyi cinayətkar və terror bandasının başçısı Naci …