Şənbə , Oktyabr 17 2026
azfa

Vərziqanda tarixi qoç heykəlləri əsərlər məhv edilir

GADTB: Güney Azərbaycannın Vərziqan bölgəsində Əmir Ərşəd sarayının həyətində saxlanılan tarixi qoç heykəlləri məhv edilir. Bu barədə yerli mədəni fəallar məlumat və video paylaşıblar.

Bildirilib ki, Qaradağın müxtəlif bölgələrindən toplanan daşdan tarixi qoç heykəlləri açıq havada baxımsız vəziyyətdə saxlanılır.

Videolarda tarixi əsərlərin çoxunun dağıldığı, sındırıldığı, bir neçə parçaya bölündüyü göstərilir.

Qeyd edək ki, daşdan yonulan qoç heykəlləri Azərbaycanın müxtəlif bölgələrində minlərlə idi. Son illər Mədəni İrs Nazirliyinin məsuliyyətsizliyi ucbatından onların çoxu oğurlanıb, qalanların əksəriyyəti isə Tehran və başqa şəhərlərin muzeylərinə aparılıb.

Hazırda Təbriz muzeyi və Vərziqanın Əmir Ərşəd sarayında bir neçə sındırılmış qoç heykəlinin qalıqları saxlanılır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …