Cümə , Aprel 26 2024
azfa

Xəzər xaqanlığına qarşı Svyatoslav heykəli

GADTB: 1056 il bundan əvvəl Kiyev Rus knyazı Svyatoslav Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində Xəzər xaqanlığının bütünlüklə iqtisadi və siyasi kollapsa uğraması barədə məlumat əldə edir. 965-ci ildə rus knyazı Svyatoslav fürsətdən istifadə edib Xəzər xaqanlığına hücum edir, onun paytaxtı Sarkel şəhərini tutmaqla xaqanlığa son qoyur.

XIX əsrin sonundan etibarən və XX əsr ərzində rus tarixçiləri Xəzər xaqanlığını slavyan və qədim rus xalqının inkişafına mane olan işğalçı bir türk imperiyası kimi qələmə verməyə başladılar. Həmçinin, Xəzər xaqanlığının yüksək şəhər mədəniyyəti, hakim təbəqəsinin musəvi olması, Avropada ilk feodal dövlət kimi təzahür etməsi rus tarixçilərinə çox pis təsir edirdi. Hətta sovet dövründə Xəzər tarixi müəyyən müddət yasaq da edilmişdi. Hazırda da Xəzər xaqanlığı Rusiya tarix elmində və hətta siyasi dairələrində ciddi qıcıq doğuran bir mövzudur.

2005-ci ildə Xəzər xaqanlığının məhv edilməsinin 1040 illiyi münasibətilə heykəltəraş Vyaçeslav Klıkov Rusiyanın Belqorod şəhərində monumental heykəl ucaltdı. Heykəl kompozisiyasında postament üzərində qədim Kiyev Rusunun knyazı Svyatoslav at üzərində təsvir edilib. Atın ayaqları altında Xəzər əsgəri və ya xaqanı özünü Svyatoslavın öldürücü zərbəsindən qorunma pozasındadır.

Amma 2005-ci ilin noyabrında heykəlin açılışında qalmaqal baş verdi. Xeyr, Rusiyanın türkdilli xalqlarının heç biri Xəzər xaqanlığının irsinin və xatirəsinin aşağılanmasına etiraz etmədi. Etiraz edənlər Rusiya Yəhudi İcmalarının Federasiyası (FEOR) və Avrasiya Yəhudi Konqresi (EAEK) oldu. Məsələ bundadır ki, atın ayaqları altında qalmış Xəzər xaqanı və ya döyüşçüsünün qalxanı üzərində 6 guşəli Davud ulduzu təsvir olunmuşdu. Knyaz Svyatoslavın qalxanının üzərində isə, xristianlığı inkar edən müasir rus-slavyan irqçilərinin 8 guşəli svastikası (rus irqçilərinin “kolovrat” adlandırdığı) əksini tapmışdı. Qeyd edək ki, heykəltəraş Klıkovun özü “Slavyan yazısı və mədəniyyəti Beynəlxalq Fondu” adlı təşkilatın təsisçisi və rəhbəridir.

Əvvəlcə, elə postament üzərində 6 güşəli Davud ulduzunun üzərini lehimləyib 9 güşəli ulduz etdilər. Lakin şikayət və qalmaqal dayanmırdı. Rusiya yəhudilərinin etirazından sonra heykəl Belqorod şəhərindən götürüldü. Və Belqorod vilayətinin Çernyanski rayonunun Xolki kəndində yol qırağına yerləşdirildi.

Məsələnin daha bir komikliyi ondan ibarətdir ki, məhz Xəzər xaqanlığı Kiyevi və slavyanlar üzərində ağalığı vikinq avarçəkənlərinin, yəni, rusların (finlər və karellər vikinqlərin döyüşkən dənizçilərinə “routsi” deyirdilər) Rürik nəslinə vermişdi. Rürik nəsli də Kiyev knyazlığı ərazisindəki slavyanları və fin-uqorları qullarına çevirdi, xristianlığı qəbul etdikdən sonra “təhkimçilik” adı ilə bu quldarlıq sistemini möhkəmlətdi. Bir sözlə, Svyatoslav Rürikin və “rus” adının slavyanlara heç bir aidiyyatı olmayıb…

Bəzi ölkələr Bakıda Hərbi Qənimətlər Parkının açılmasına və parkda erməni işğalçılarının komik şəkildə təsvir edilməsinə öz etirazlarını bildirməkdədirlər. Biz hələ “Ermənistan” adlanan ərazidə Tələt Paşaya qarşı terror aktı həyata keçirmiş terrorçu Soqomon Teyliryana və müharibə canisi Njdeyə heykəllərin qoyulmasını demirik. Bizə kimsə irad tutursa, əvvəlcə öz gözündə ksenofob heykəltəraşlığı görsün…

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Pərviz Elay

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …