Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

XI Zəncan Kitab Sərgisi çərçivəsində şeir və musiqi gecəsi təşkil edəcək

GADTB: XI Zəncan Kitab Sərgisi çərçivəsində şeir və musiqi gecəsi təşkil edəcək.

Proqramda Huşəng Cəfəri, Aylər Bəxşi, Əli Məhəmməd Beyani, Pərviz Sudi, Əli Kərimi, Abdulla Fərəci, Əhməd Sadiqi, Həsən Rəfii və Cavad Kərimi kimi tanınmış ustad və şairlər iştirak edəcəklər.

Tədbir çərçivəsində Şəhbəz Fəthinin ifasında türk pop musiqisi, Aşıq Əli Məhəmmədinin rəhbərliyi ilə “Duyğu” qrupunun aşıq musiqisi, Həmid Həbibinin rəhbərlik etdiyi “Yanar” qrupunun mərasim rəqsləri, aşıq sazı və Azərbaycan tarında solo ifalar, eləcə də yeniyetmələrin şeir qiraəti təqdim olunacaq.

Tarix: Çərşənbə axşamı, 21 mehr

Saat: 16:00–18:00

Məkan: Zəncanın daimi “Kaspian” sərgi kompleksi

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …