Çərşənbə , Oktyabr 28 2026
azfa

Xiyavda kənd əhalisi etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycan Xiyav bölgəsinin Cəbdərə, Ağdərə və Tənbə kəndinin əhalisi hüquqlarının bərpası tələbi ilə aksiya keçiriblər.

Etiraz edən əhali Cəbdərə və adları çəkilən kəndlərin ərazilərində yerləşən Ərşaq Mis Yatağı Zavoduna yaxın ərazidə toplaşıblar.

Onlar zavodun bölgə əhslisinə və iş dalınca başqa əyalətlərə köçən gənclərin işlə təmin olunmamalarına etirazlarını bildiriblər.

Qeyd edək ki, Ərşaq Mis Zavod 2017-ci ildən fəaliyyət başalyıb. Lakin onun 369 nəfər işçiləri və kadrlarının hamısı yerli olmayanlardır və əksəriyyəti farsların yaşadıqları bölgələrdən gətirilib.

Azərbaycan kəndlərinin gəncləri isə işsiz qalıb və iş dalınca fars bölgələrinə, o cümıdən İsfahan, Tehran, Kirman və Yəzdə  köçmək məcburiyyətində qalıblar. 

Həmçinin yoxlayın

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …