Şənbə , Oktyabr 17 2026
azfa

Xoylu fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndərdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərinin fəalları yenidən Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardımlar göndəriblər.

Yardımların üzərinə “Xoy zəlzələsində zərər çəkənlərin Türkiyədə zəlzələdən zərər çəkən bacı-qardaşlarına yardımı” yazısı yapışdırılıb.

Qeyd edək ki, Güney Azərbaycan əksər bölgələri, o cümlədən Təbriz, Urmiya, Ərdəbil və başqa bölgələrdən dəfələrlə yardımlar toplanaraq, Türkiyə konsulluğu vasitəsilə zəlzələdən zərər çəkənlərə göndərilib. Yardımlar hələ də davam edir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …