Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş verməsi və genişlənməsi ehtimalı barədə xəbərdarlıq edib və «yaşayış böhranı»nı cəmiyyətdə narazılığın əsas mənbəyi kimi göstərib.

Ailələrin gəlirləri ilə yaşayış səbətinin xərcləri arasındakı fərq elə bir həddə çatıb ki, bəzi ailələrin gəliri ayın yalnız təxminən 10 gününün xərclərini qarşılaya bilir. Belə vəziyyətin mövcud narazılıqları daha da artıracağı bildirilir.

Yazıda dövlət qurumlarının əhalinin tələblərinə laqeyd yanaşması və gənc nəsillə hakimiyyət strukturları arasındakı uçurum da narazılığın artmasına səbəb olan amillər sırasında göstərilib. Eyni zamanda iqtisadi məsələlərin təhlükəsizlik məsələsinə çevrilməsinin mənfi nəticələri barədə xəbərdarlıq edilib.

«Etemad» vurğulayıb ki, əhalinin yaşayış yükünün azaldılması, əməkhaqlarının vəziyyətə uyğun artırılması, cəmiyyət qarşısında şəffaflığın təmin edilməsi, tənqidçilərin səsinin eşidilməsi və ünsiyyət kanallarının açılması sosial böhranın yaranması üçün zəminləri azalda bilər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …