Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Yeni Təhsil İlinin Başlanğıcı Münasibətilə

Yeni Təhsil İlinin Başlanğıcı Münasibətilə
“Güney Azərbaycan Demokratik Türk Birliyi”nin (GADTB) Bildirisi
Dəyərli soydaşlarımız,
Böyük Azərbaycan Türk Milləti!
Eyitim və təhsil ən qutsal bəşər dəyərlərindən olduğu kimi, eyitimin başlanğıc günü də hər bir millət üçün qutsal gün sayılır. Lakin irqçi fars rejiminin rasizm siyasəti üzündən bu qutsal gün böyük türk millətinin övladları üçün mənəvi soyqırım sürəcinin başlanğıc gününə çevrilmişdir. Mehr ayının 1-dən başlanan mənəvi və kültürəl soyqırım siyasəti sonucunda, böyük türk millətinin övladları Güney Azərbaycan, Qaşqay yurdu və ümumiyyətlə Araz çayından Kəngər körfəzinə, batıdan doğuya qədər fars sömürgəsi və işğalına düşmüş əzəli türk yurdunda, farslaşdırmaya məruz qalır. Onların ən ilkin insanı hüququ- ana dilində təhsil haqqı kobudcasına pozulur. Qeyri-insani assimilyasiya siyasəti ilə bir millət kimi yox edilməyə çalışılır.
İrqçi fars rejiminin sömürgəçiliyindən qurtarmağın təkcə yolu isə bağımsızlıqdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) millətimizi fars rejiminin işğalından qurtarmağın ən doğru yolunun bağımsızlıq olduğuna inanaraq, müstəqillik mübarizəsi sürəcində ana dilində eyitim haqqına yiyələnmə doğrultusunda ulusumuzun mücadiləsinə də dəstək verir.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) böyük türk millətinin aydınları və gənclərini irqçi fars rejiminin mənəvi soyqırım sürəcini dayandırmaqda, ana dilində təhsil haqqı əldə etməkdə və ən əsası da milli bağımsızlığa qovuşmaq yolunda mücadilədə birləşməyə çağırır.
Yaşasın Azərbaycan Türk Milləti,
Varolsun Güney Azərbaycan Türk Cümhuriyyəti!
Güney Azərbaycan Demokratik Türk Birliyi-
Qurucu Yönətim!
2017-09-15

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …