Çərşənbə , Sentyabr 23 2026
azfa

YPG/PKK terrorçuları Türkiyə-Suriya sərhədində tuneller qazır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı YPG/PKK Fəratın şərqində Suriya-Türkiyə sərhədində yerləşən Aynularab (Kobani), Qamışlı, Dirbasiye və Malikiye bölgələrində tunellər qazaraq mövqelər tutmağa davam edir.

Qamışlının qərb məhəlləsi və Hilaliyə bölgələrində əldə edilən görüntülərdə terror təşkilatı DEAŞ-ın taktikasından istifadə edən YPG/PKK tunelləri ehtimal olunan hərbi əməliyyatlara qarşı müqavimət göstərmə, ölkəyə girmə və ani hücumlar məqsədilə qazır.

Tunel girişləri sərhədə 2 kilometr məsafədə, 15 dəqiqəlik yürüş məsafəsindədir.

Yaşayış bölgələrindəki tunellər təşkilatın mülki əhalindən qalxan kimi istifadə edərək mümkün əməliyyatları gizlətməsini və müqavimət göstərməsini asanlaşdırır.

Mülki vətəndaşların yaşayış sahələrində qazılan tunellər yaşayış sahələrinin infrastrukturuna da ziyan vurur və gündəlik həyata mənfi təsir göstərir.

Terrorçular məhəllə altından qazdıqları tunellərdən istədikləri bina və evlərə girib çıxırlar.

YPG/PKK-nın Mənbic və Aynularab (Kobani) qəsəbələrindəki tunel qazıntı fəaliyyətləri 2018-ci ilin dekabrında və 15 aprel 2019-cu ildə də lentə alınmışdı.

“Zeytun budağı” əməliyyatında Afrin, “Sülh baharı” əməliyyatında Tel Abyad və Rəsulaynın YPG/PKK-dan təmizlənməsindən sonra qəsəbələrdə bir çox tunel qazdığı məlum olmuşdu.

Türkiyənin 2019-cu ilin oktyabrında Fərat çayının şərqindəki Suriya ərazisindəki YPG/PKK-ya qarşı başlatdığı əməliyyatda ABŞ vasitəçi olaraq təşkilatın təhlükəsiz bölgə koordinatlarından çıxacağına dair vəd vermişdi.

22 oktyabr 2019-cu ildə Soçidə keçirilən Türkiyə-Rusiya zirvəsində Moskva rəhbərliyi terrorçuların Türkiyə-Suriya sərhədindən 30 kilometr cənuba gedəcəyinə dair zəmanət vermişdi.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …