Çərşənbə , Oktyabr 21 2026
azfa

Yunanlar türklərə qarşı böyük əməliyyat başladıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cənubi Kipr rəhbərliyindəki yunanlar  Şimali Kipr Türk Cümhuriyyəti, Kipr türk xalqı və şəxsimə qarşı böyük əməliyyat başladıb.

Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

O bildirib ki, Kiprdə bərabərsəviyyəli hüquqlarla bağlı Türkiyənin Cenevrə konfransında irəli sürdüyü təkliflər böyük əks-səda yaradıb:

“Cənubi Kipr Prezidenti Nikos Anastasiadisin “kiprli türklər bizim vətəndaşımızdır” açıqlamasının heç bir dəyəri yoxdur. Bu sözlər sadəcə siyasi məqsədlərə xidmət edir. Bundan əlavə, bəzi media orqanları mənim Kipr Cümhuriyyətinin pasportuna sahib olduğumu iddia ediblər. Bu iddiaların mənbəyini araşdırmışıq. Belə məlumatlar ilk dəfə 2010-cu ildə, namizədliyimin qarşısını almaq üçün səsləndirilmişdi. İndi isə yunan jurnalistlər tərəfindən Kiprlə bağlı həlledici mərhələdə yenidən bu iddiaların səsləndirilməsi düşündürücüdür”.

Tatar əlavə edib ki, 1960-cı il doğulan biri kimi Kipr Cümhuriyyətinin pasportunu daşıması təbii haldır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …