Çərşənbə , Noyabr 18 2026
azfa

Yunanların türk düşmənçili bütün sahələrdə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yunanların türk düşmənçili və irqçilik üzündən dözümsüzlüyü bütün sahələrdə davam edir.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bununla bağlı deyib ki, Yunanıstanın ölkəmizin aparıcı komandalarından birini belə bir formada qarşılaması idman sahəsində də ölkəmizə qarşı dözümsüzlüyün göstəricisidir.

Qeyd edək ki, yerli “Olimpiakos” komandası ilə yoldaşlıq matçı üçün bu ölkəyə səfər edən “Qalatasaray” komandasının təqdim etdiyi koronavirus testinin etibarlı olmadığını bildirən liman rəsmiləri yeni testdən keçməyi təklif ediblər. Lakin İstanbul komandası bununla razılaşmayıb və Türkiyəyə geri dönüb.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …