GADTB: Güney Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı fəallar Azərbaycan siyasi məhbus fəallara dəstək aksiyalarını davam etdiriblər.
Ümumiyyətlə Güney Azərbaycan və İran adlanan yerdə yaşayan qeyri-fars xalqların nümayəndələri sosial mediada həbsdə olan azərbaycanlı milli məhbuslara dəstək kampaniyası keçirirlər.
Güney Azərbaycanda başlanan “Səsimizə səs olun” kampaniyasına qoşulan minlərlə fəal qısa videomüraciətlər yayaraq, azərbaycanlı milli fəalların qanunsuz tutulduqlarını bildirir, onların azadlığa buraxılmasını tələb edirlər.
Bir neçə gün əvvəl başlayan kampaniya geniş əks-səda doğurduğundan xarici media və xaricdə fəaliyyət göstərən İrana rejiminə müxalif xəbər agentlikləri və telekanalların da manşetinə çıxarılıb.
“Onların günahı bütün insanlar üçün səadət və azadlıq, İranda azərbaycanlıların milli hüquqlarının təmin olunmasını istəməsidir, onları sərbəst buraxın”,- deyə, kampaniyaya qoşulanlar qeyd edirlər.