Cümə , Aprel 26 2024
azfa

Zəngəzur Ermənistana necə və niyə verildi?

GADTB: Dəyərli tartixçilərimizin araşdırmalarından da bəllidir ki,  Zəngəzur 1920-ci ildə Sovet hökumətinin əli ilə Ermənistana hədiyyə edilmişdir. Nə yazıq ki, bu tarixdə Zəngəzurla birlikdə, Dərələyəz və Göyçə də  Ermənistana verimişdir.                             

Əslində 1920-ci ildə Moskvanın Zəngəzuru Ermənistana verməsində Rusiya sonrakı hərbi əməliyyatlarda Azərbaycana açıq siyasi, diplomatik və mənəvi dəstəyini ifadə edən Türkiyənin Bakıya bir mənalı olaraq quru yolunun bağlamaq məqsədi güdmüşdür. Yəni gələcəkdə 1918-ci il (Bakının qurtuluşunun) hadisələri bir daha təkrarlanmasın. Amma sən saydığını say, gör onda tarix nə sayır.

1920-ci ilin noyabrında Ermənistanın sovetləşdirilməsi ərəfəsində Bakıya gələn Stalin açıq şəkildə bildirmişdi ki, Zəngəzur və Naxçıvan indiki halda yox, onları Ermənistanda  sovet hökuməti qurulandan sonra  vermək olar. Halbuki Stalin də, digər Qafqaz bolşevikləri də yaxşı bilirdilər ki, Rusiyada 1840-cı il inzibatı islahatı zamanı Zəngəzur Kaspi vilayətinə, 1867-ci ildə isə Gəncə (ondan öncə Çar Rusiyası  Yelzavetpol adlandırb) quberniyası yarananda Gəncə quberniyasının tərkibində olub və bütün tarixlərdə də əhalisinin mütləq əksəriyyəti isə müsəlmanlardan ibarət idi. Ermənilər isə zaman -zaman Rusiyanın əli ilə dünyanın başqa coğrafiyalarından o torpaqlara köçürülüb.

1918-ci ildə Andronikin Zəngəzurda zühur etməsi nəticəsində Dərələyəz də daxil, o bögədən yüzlərlə  müsəlman kəndlərinin dağıdılması və əhalisinin didərgin düşməsi ilə nəticələndi.

Tarixdə qeyd olunur ki, sonradan Azərbaycanda yaranmış Xalq Cümhuriyyəti hökuməti dövründə Qarabağ kimi Zəngəzur qəzası da birmənalı olaraq Azərbaycanın tərkibində olub.

Zəngəzurun taleyində əsaslı dəyişiklik məhz 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra başlandı. O dövrdə də bu məsələdə əsas rol oynayan Sovet Rusiyasının o zamankı   Xarici İşlər Komissari Georgi Çiçerin (Rusiyanın ndiki Lavrovu) olmuşdur. Zəngəzurla bağlı Çiçerinin oyunları həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən erməni bolşeviki Anastas Mikoyanı belə hiddətləndirmişdi. İyun ayının 29-da o, bolşevik hökumətinin başında duranlardan yoldaş Q.Orconikidzeyə yazırdı: “Biz Mərkəzin Qarabağ və Zəngəzura yönəlik siyasətindən hiddətlənmişik. Siz də həmçinin bizim nöqteyi-nəzərimizi Mərkəzin qarşısında qoyun. Biz Ermənistanla sülhün əleyhinə deyilik, lakin heç bir halda bu sülh Qarabağın və Zəngəzurun hesabına olmamalıdır”.

Beləliklə də, Zəngəzurun Ermənistana verilməsi ideyası məhz 1920-ci ilin noyabr ayının sonlarında gündəliyə gəldi. Orconikidzenin təbirincə belə, bir addımın atılması strateji baxımdan iki məqsədə xidmət etməli idi. Birincisi, sovetləşmə prosesində erməni kommunistlərinin əlini gücləndirməli, ikincisi isə Türklərin Bakıya quru yolunu bağlamalı idi.

1920-ci ilin noyabr ayının 23-də Bakıdan qayıdarkən Rostovdan Leninlə əlaqəyə girən Stalin Orconikidzenin Bakı üçün “narahatçılığını” ona bildirir. Orconikidzenin məlumatına istinad edərək, Stalin qeyd edirdi ki, indi Bakı üçün əsas təhlükə türklərin Azərbaycanla ümumi sərhədlərə cəhd göstərmələrindən irəli gəlir və Orconikidzenin fikrincə, Zəngəzuru Ermənistana verilməklə türklərin niyyətlərinə mane olmaq mümkündür. Stalin özünün də bu təklifə tərəfdar olduğunu Leninə bildirirdi. Hətta həyasızcasına Orconikidze məsələyə “hüquqi” don geyindirmək üçün məsləhət görürdü ki, Zəngəzurun Ermənistana verilməsi təklifi Moskvadan gəlməməli və bu ideya Nərimanovun dilindən səslənməlidir.

Məhz, Orconikidzenin “məsləhəti” və Moskvanın diktəsi üzrə Ermənistanın sovetləşməsindən vəcdə gələn Nərimanov İrəvanda bolşevik hakimiyyəti elan olunandan bir gün sonra, noyabrın 30-da Zəngəzurun Ermənistana verilməsi haqqında bəyanatla çıxış edir və az sonra da çox ciddi peşmançılıq hissi “keçirir”. Nərimanovun bəyanatından iki gün sonra, 1920-ci ilin dekabr ayının 2-də imzalanan Rusiya-Ermənistan hərbi-siyasi müqaviləsində Zəngəzur qəzasının Ermənistanın tərkibinə keçdiyi mübahisəsiz fakt kimi tanındı. Beləliklə, Sovet Rusiyasının Türklərin Bakıya quru sərhədlərini və quru yolunu bağlamaq niyyətləri başa çatdı və uzun müddət daşnakların əldə edə bilmədiyi bu hədiyyə erməni bolşevik hökumətini daha da dayanaqlı etdi. Bundan sonra da, Azərbaycanın qədim torpaqları Ermənistan Rusiya münasibətlərində alver predmetinə çevrildi və sovetləşmənin ilk illərində Azərbaycan Ermənistan ərazilərinin genişləndirilməsi üçün donor rolunu oynamağa başladı.

Ona görə də atalardan qalma məsəl var, deyir: “sən saydığını say, gör zaman nə sayır”. Nəhayət, yüz il sonra tarix öz sözünü dedi. Artıq Türküyə Rusiyanın onun üçün yüz il öncə Azərbaycana və bütün Türk dünyasına bağlamış olduğu qapının açılışının astanasında. Bunun isə ilk təməli Rusiyanın məkrini zamanında görmüş və anlamış Türküyə Cümhuriyyətinin qurulduğu ilk illərdə Mustafa Kamal Atatürkün  gələcəkdə heç olmasa Azərbaycanla Türküyənin kiçicik də olsa bir sərhəddi olsun deyə İrandan (götürəndə  bizim üçün, İranın da Rusiyadan heç bir fərqi yoxdur) öz şəxsi vəsaitilə 11 km ərazi alıb.  O ərazi ki, Azərbaycanın o ağır günlərində  Heydər Əliyevlə Süleyman Dəmirəlin birgə səyləri ilə Naxçıvanın sonda ümid qapısı oldu.   Bu gün yenə də Azərbaycanla Türküyənin qardaşlığı tarixdə öz sözünü dedi. 2020 -ci ildə, Zəngəzur dəhlizinin bağlanılmasından düz  yüz il (1920-2020) sonra   qardaş Türküyənin dəstəyi ilə başda Azərbaycanın Ali Baş Komandanı olmaqla, Müzəffər Azərbaycan Ordusunun Qarabağda yazdığı  44 günlük zəfər səlnaməsi və bu zəfərin sonunda 10 noyabr 2020-ci ildə  Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üç tərəfli saziş 100 il öncəki məkrli planı pozmuş oldu. Artıq  Azərbaycan  rəsmi qaydada 10 noyabr razılaşmasını əldə rəhbər tutaraq, Zəngəzur dəhlizinin açılması üçün fəaliyyətlərə başlamışdır.

Bəli, zaman artıq Türkün zamanı. İndi biz gəlirik. Unutmayın ki, yüz il öncə bizdən aldıqlarınızı təkər-təkər  geri almaq üçün gəlirik.

Cəmşid Dərələyəzli

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …