Cümə , İyul 10 2026
azfa

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın 26-da bu ərazidə yerləşən qızıl mədəninin İran hökuməti tərəfindən talan edilməsinə, yoxsulluq vəziyyətinə və işsizliyə görə etiraz aksiyası keçirib.

Molla rejimi 12 saat davam edən oturaq aksiyanın dağıdılması üçün polis qüvvələri göndərilib. Bildirilib ki, etiraz yerli məmurların aksiya keçirilən yerə gəlməsi və kəndlilərin öz tələblərini açıqlmasından sonra oturaq etiraz aksiyasına son verilib.

Qeyd edək ki, Güney Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran və Ağdərə qızıl mədənləri Orta Şərqin ən böyük mədənləri sayılır.

Bu günə kimi qanunsuz istismar və zəhərli tullantıların təbiətə atılması səbəbindən bölgənin bir neçə kəndinin əkin və otlaq sahələri məhv edilib, minlərlə mal-qara tələf olub. Molla rejimin müstəmləkə siyasəti ilə Azərbaycan mədənlərini talayıb, əhaliyə isə ekoloji fəlakət və yoxsulluq miras qoyur.

Həmçinin yoxlayın

Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

GADTB: Ağ Ev Hörmüz boğazı ətrafında İranla günlərlə, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurmaya …

Əsas müharibə meydanı Hörmüz boğazıdır; “Razılaşma əvvəlki gəmiçilik nizamını bərpa edə bilmədi”

GADTB: Tehran və Vaşinqtonun bir-birini son atəşkəsi pozmaqda ittiham etdiyi bir vaxtda, əsas qarşıdurmanın siyasi …