Çərşənbə axşamı , Avqust 25 2026
azfa

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə yoluxanların sayı ölkənin digər şəhərlərinə nisbətdə daha çoxdur. Ermənistanın köhnə və qeyri-standart Metsamor AES-nin həyat və ətraf mühit üçün çoxlu təhlükə yaradan radioaktiv maddələrinin Araz çayına axıdılması, regional və beynəlxalq ekspertlər, o cümlədən Avropa İttifaqı tərəfindən də təsdiqini tapıb.

Saytın yazdığına görə, İranın Nüvə Təhlükəsizliyi Sistemi Mərkəzinin rəhbəri Məhəmmədrza Kardan Araz çayının radioaktiv maddələrlə çirklənməsi haqqında deyib:

“1998-ci ildən indiyədək Araz çayının çöküntüsü və suyundan 10 nümunə götürülüb və heç bir anormal radiasiya çirkləməsi müşahidə olunmayıb”.

Bildirilib ki, İranda çıxan “Peyam-e ma” qəzeti ilk dəfə olaraq Araz çayının radioaktiv maddələrlə və ağır metallarla çirklənməsinə toxunaraq yazıb: “Çirklənmə var və onu daha inkar etmək olmaz!”./ Azad İran

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …