Şənbə , İyul 27 2024
azfa

“Zeytun Budağı” əməliyyatının gedişində məhv edilən kürd terrorçuların sayı dörd minə yaxınlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Zeytun Budağı” əməliyyatının gedişində indiyədək 3991 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilir ki, əməliyyat çərçivəsində bu günə qədər 102 mina və 739 partlayıcı aşkar olunaraq məhv edilib.

Xatırladaq ki, Suriyanın Afrin bölgəsinin YPG/PKK terrorçularından azad edilməsi məqsədi daşıyan “Zeytun Budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Hazırda bölgədə nəzarəti tam ələ alan Türkiyə Silahlı Qüvvələri axtarış-təmizləmə əməliyyatlarını davam etdirir.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …

Bir cavab yazın