Cümə , Aprel 26 2024
azfa

Azərbaycanın Kürdüstanlaşmasında türklərin uzaqlaşdırılması və kürdlərin vəzifəyə gətirilməsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın qərb bölgəsinin irqçi fars rejim tərəfindən Kürdüstanlaşması istiqamətində türklərin vəzifədən uzaqlaşdırılması və kürdlərin vəzifəyə gətirilməsi prosesi sürətlə davam edir.

İrqçi fars rejimin qeyri-yerli kürd valisi Məhəmməd Mehdi Şəhriyari yerli və türk olan vəzifəli şəxsləri işlərindən uzaqlaşdırıb, yerinəisə kürdləri Azərbaycanda vəzifəyə gətirir.

Artıq valiliyin Yoxlama və Təftiş İdarəsinin rəisi Seyfəli Nuri işindən azad edilərək yerinə Piranşəhrdən (Xana) kürd olan Məhəmməd Sadiq Əmir Əşayiri gətirilib.

Antiazərbaycan vali beləliklə radikal və terrorçu kürd qruplaşmalarının tərəfdarı olan şəxsi özünün müavini postuna da təyin edib. Bütün bunlardan məqsəd isə Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirməkdir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın